Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı

Baxış sayı: 4. 341 dəfə baxılıb.

Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva Tokio ilə mehriban qonşuluq haqqında razılaşmanı imzalamağa hazırdır.

“Biz sülh sazişini elə bu dəqiqə imzalamağa hazırıq. Lakin, bu hər kəsin bildiyi, savaşlardan sonra imzalanan sülh sazişi deyil, bizim ölkələrimiz arasında müharibə çoxdan başa çatıb. Onilliklər boyunca bir çox sahələr üzrə əməkdaşlıqdan sonra, Moskva, iki ölkə arasında daha böyük və dərin əməkdaşlığı, mehriban qonşuluq əlaqələrini ehtiva edən müqavilənin hazırlanmasını istəyir”.