Rusiya yeni hərbi dronunu göstərdi – VİDEO

Rusiya yeni hərbi dronunu göstərdi – VİDEO

Baxış sayı: 2. 798 dəfə baxılıb.

Rusiyanın Müdafiə nazirliyi “Facebook” səhifəsində “Korsar” pilotsuz uçan aparatının (PUA) imkanlarını nümayiş etdirən video yayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, 40 saniyə davam edən videoçarxın kadrlarında dronun havaya qalxmağını, yerdə hədəflər seçməyini və enişini  görmək olur.

Qeyd edək ki, təyyarə tipli “Korsar” PUA-sı ilk dəfə olaraq Qələbə günününə həsr olunmuş hərbi parad zamanı Moskvanın Qırmızı meydanında ictimaiyyətə təqdim olunacaq.

Aparat istənilən hava şəraitində yerdə və havada olan obyektlərin uzunmüddətli kəşfiyyatının aparılması, düşmənə aid obyektlərin vurulması və yüklərin təyinat nöqtələrinə çatdırılması üçün nəzərdə tutulub.

.
www.ÇıxışYolu.Com