Rusiyada 13 yaşlı qız sinif yoldaşına atəş açıb

Rusiyada 13 yaşlı qız sinif yoldaşına atəş açıb

Baxış sayı: 2. 870 dəfə baxılıb.

Kurqan vilayətində baş verən hadisədə iki məktəbli qız iştirak edib.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu haqda Şəhər Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tamara Petkova bildirib:

“Yeddinci sinif şagirdi məktəbə atasının verdiyi pnevmatik tapança ilə gəlib. Qızlardan biri dərs zamanı müəllimənin diqqətini yayındıraraq, onu dəhlizə çıxarıb. Digər qız isə sinif yoldaşlarına bir neçə dəfə atəş açıb”.

Güllə oğlanlardan birini başına dəyib. O, dərhal xəstəxanaya çatırılıb, lakin tez bir zamanda evə buraxılıb. Daha 6 nəfər də müxtəlif bədən xəsarətləri alıblar.

İlkin ehtimala görə, məktəbli qızın sinifdəki oğlanlarla münaqişəsi olub.

Zərərçəkmiş şagirdlər psixoloji yardım alacaqlar. Polis hadisənin başvermə səbəblərini araşdırır.

www.ÇıxışYolu.Com