df7543be-9d10-4755-9973-d54f50c2b710.jpg

Rusiyada 15 yaşlı qız şahmata görə özünü öldürdü

Baxış sayı: 224 dəfə baxılıb.

Rusiyanın Podolsk şəhərində 15 yaşlı qız atası ilə şahmat oynadıqdan sonra
özünə qəsd edib. O, uduzduğuna görə kədərlənib və özünü 13-cü mərtəbədəki
otağının pəncərəsindən atıb.

Bu barədə Cixisyolu.com “Mash” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, qız atası ilə şahmat oyunu zamanı uduzub, bundan inciyib və
ağlamağa başlayıb. Bu zaman atası əsəbiləşib və ona masanı tərk etməsini, bir
daha onunla oynamayacağını deyib.

Ardınca anası da qıza səslənib.

“Ondansa ev tapşırıqları ilə məşğul ol, hələ imtahan verəcəksən”, – deyə anası
bildirib və daha sonra əri ilə şahmat oynamağa gedib.

Qız otağına qaçaraq qapını kilidləyib.

Bir müddət sonra qadın mənzilin qəfildən soyuduğunu hiss edib və küləyin
haradan əsdiyini yoxlamağa gedib.

Qızın otağına girib və uşağın orada olmadığını, amma pəncərənin açıq olduğunu
görüb. Küçəyə baxdıqda qızının cəsədini görüb.

Bildirilir ki, məktəbli qız yetkinlik yaşına çatmayanlarla iş şöbəsində,
psixiatrda və ya narkoloqda qeydiyyatda olmayıb, siqaret və alkoqol
istifadəçisi olmayıb, nümunəvi şagird olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı “Özünü
öldürmə həddinə çatdırma” maddəsi ilə iş açılıb.

Source link