Rusiyada 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qaldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Novosibirskdə (Rusiya) 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb.
Bildirilir ki, uşaq yıxıldıqdan sonra yarım saat yerdə qalıb. Sonra yoldan
keçən bir nəfər uşağı görüb və təcili yardım çağırıb.
Ehtimal olunur ki, körpə atası ilə çarpayıda uzanıb. Sonra o, pəncərəyə
dırmaşmaq qərarına gəlib, pəncərəni açıb və yıxılıb.
İki hadisə şahidi 18-ci mərtəbədən nəyinsə düşdüyünü görsə də, buna məhəl
qoymayıb.
Uşaq xəstəxanaya yerləşdirilib, hadisədən sonra onun vəziyyəti ilə bağlı
məlumat verilməyib.
Mənbə: Lenta.ru