31337a71-8167-4718-9c94-7515fe51ed16..jpg

Rusiyada 21 yaşlı qızın mətbəxinə “bomba” atdılar: Qisası ağır oldu – FOTO/VİDEO

Baxış sayı: 521 dəfə baxılıb.

Rusiyada 21 yaşlı qızın mətbəxinə “bomba” atdılar: Qisası ağır oldu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Çelyabinsk şəhərində 21 yaşlı ev sahibəsi mətbəxinə “tüstü bombası”
atdıqları üçün qonaqlarının üzərinə qaynar su töküb.

Hadisə qızın mənzilində təşkil olunan şənlik zamanı baş verib. Ev sahibəsi
olan Vika adlı qız hər kəs üçün qarabaşaq yarması bişirmək istəyib, bu zaman
qonaqlar onunla zarafat etmək və mətbəxinə “tüstü bombası” atmaq qərarına
gəliblər. Lakin zarafatın sonu yaxşı bitməyib. Belə ki, bu hərəkətdən
əsəbiləşən qız zarafat edən əsas səbəbkarın üzərinə qaynar su atıb.

Nəticədə Ruslan adlı oğlan ikinci dərəcəli yanıq xəsarəti alıb və bütün bədəni
qabarcıqlarla örtülüb. Hazırda evdə müalicə alır.

Lakin zərərçəkən oğlan mənzil sahibi qızın əleyhinə şikayət ərizəsi
yazmayacağını deyib. O, bildirib ki, qız özünü düzəldəcək və bir daha belə
davranmayacaq.

Ruslan həmçinin qeyd edib ki, bu “cəza”nı səbəbsiz yerə alıb, çünki “tüstü
bombası”nı atan şəxs özü olmayıb. O, Vikanın təşkil etdiyi şənlikdə ilk dəfə
olduğunu və bəyənmədiyini də nəzərə çatdırıb.

Vika isə peşman olduğunu, Ruslandan üzr istədiyini, etdiyi hərəkətə görə
utandığını və baş verənlərdən qorxduğunu dilə gətirib.

Bu hadisədən bir qədər əvvəl isə qonşular evə gələrək onlardan səssiz
olmalarını xahiş edib, lakin evdəkilər qonşuların sözünə qulaq asmayaraq
qovublar. Bundan sonra evə polis gəlib və səssizliyi pozduğuna görə qızı
cərimələyib.

Hazırda isə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: “SHOT” “Telegram”


Source link