b60f7886-19be-4788-b1cc-bcc08b1b8591..jpg

Rusiyada 64 yaşlı məşqçi 14 yaşlı idmançıya təcavüz edib

Baxış sayı: 621 dəfə baxılıb.

Rusiyada 64 yaşlı məşqçi 14 yaşlı idmançıya təcavüz edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Primorsk Ərazisi Atletika Federasiyasının baş məşqçisi Yuri Paxomkin etiraf
edib ki, o, Çelyabinskdə səfər yarışı zamanı hoteldə yeniyetmə qıza təcavüz
edib.

İstintaqın məlumatına görə, ötən ilin iyulunda həmin vaxt 14 yaşı olan gənc
idmançı 64 yaşlı məşqçisi ilə Çelyabinskdə yarışa gedib. Çalışdırıcı və
yetirməsi on gün eyni hoteldə – “Visit”də qalıblar.

Məktəbli qızın dediyinə görə, bu hoteldə yaşlı məşqçi ona qarşı hər cür
ədəbsiz hərəkətlər edib. Qız bu barədə anasına yalnız indi danışmaq qərarına
gəlib.

Polis cinayəti etiraf edən Paxomkini saxlayıb və cinayət işi açıb. Məşqçini üç
ilə qədər həbs gözləyir.

Mənbə: championat.com

Source link