Rusiyada “Abşeron”un sahibi saxlanıldı

Rusiyada “Abşeron”un sahibi saxlanıldı

Baxış sayı: 2. 881 dəfə baxılıb.

Rusiyanın Arxangelsk vilayətində azərbaycanlı iş adamı, “Abşeron” kafesinin sahibi Ərəstun Məcidov saxlanılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, qanunsuz miqrasiyanın təşkilində ittiham olunur.

Qeyd edilir ki, Ərəstun Məcidov həmçinin Arxangelsk Şəhər Dumasının deputatı, hazırda korrupsiyaya görə azadlıqdan məhrum edilən Hüseyn Əliyevlə əlaqəli olmaqda da şübhəli bilinir. Yerli KİV iddia edir ki, Ərəstun Məcidov Hüseyn Əliyevə rüşvət verərək şəhər dumasının deputatının köməkçisi vəsiqəsini alıb.

Bundan əlavə yerli sakinlər dəfələrlə “Abşeron” kafesində səs-küyün olmasında şikayətləniblər.

www.ÇıxışYolu.Com