Bu günlərdə Rusiyada yerli seçkilər keçirilib. Seçkilər Krasnoyarskda da baş tutub. Krasnoyarsk şəhər şurasına seçkilərin nəticələrinə əsasən, iki azərbaycanlı – 32 yaşlı Səməd Qurban oğlu Yusubov və 57 yaşlı Taleh Sədi oğlu Mahmudov deputat seçilib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Ngs24.ru yazıb.
Məlumata görə, onların bəzi qalmaqallarda, o cümlədən 15 il əvvəl baş verən qətl hadisəsində əli olub.
32 yaşlı Səməd Yusubov “Ədalətli Rusiya” partiyasından seçilib. O, dövlət yol polisinin əməkdaşıdır və böyük qalmaqalda adı hallanıb.
Gürcüstanın sabiq deputatıdır. Yusubov uşaq olan zaman onun ailəsi Krasnoyarska köçüb və burada qeydiyyata düşüb. Onun atası Qurban Yusubov qənnadı məmulatlarının istehsalı ilə məşğul olub. Həmçinin o, “Oniks” şirkətinin sahibi olub və şirkətə oğlu Səməd Yusubov rəhbərlik edib. Hazırda şirkət bağlanıb.
Səməd Yusubov Yolların idarə olunması dövlət təşkilatının direktorunun müavini vəzifəsində çalışır. 2017-ci ildə Yusubovun gəliri 3,2 milyon rubl olub.
Bir neçə il əvvəl Yusubovun adı yol sahəsindəki qalmaqalda hallanıb. 2012-ci ildə onun idarəçilik etdiyi təşkilatın işçisi Dmitri Kryajev sosial şəbəkədə bölgə deputatlarına müraciət edib.
O, Yusubovu, onun idarə etdiyi şirkətin rəhbərliyini “cinayətkar qrup” adlandırıb. Kryajev rəhbərliyi maliyyə fırıldağında ittiham edib. O deyib ki, polisə şirakət etdikdən sonra onu təhdid edib və hətta işə buraxmayıblar. Kryajev məhkəmə vasitəsilə ona verilən töhməti ləğv etdirdi. Bundan sonra Yusubov onu məhkəməyə verdi və bir milyon rubl təzminat istədi.
O, iddiasında bildirirdi ki, Kryajevin şikayətindən sonra araşdırmalar aparılıb və ittihamlar təsdiq edilməyib.
Məhkəmə qərar verib ki, Kryajev rəhbərliyin işindən şübhələnə bilərdi, ancaq şikayətini deputatlara deyil, polisə yazmalı idi. Nəticədə, Kryajev Yusubova beş min rubl təzminat ödəməli olub.
Taleh Mahmudov “Vahid Rusiya” partiyasından seçkilərə qatılıb. 57 yaşlı deputat və biznesmen Taleh Mahmudov 2017-ci ildə 82 milyon rubl qazanıb. İndi iş adamı “Bionika” özəl klinikasının, “Taleh” tikinti şirkətinin və “Sibir Avia” şirkətinin rəhbəridir. Bu şirkətlərin 2017-ci il üzrə ümumi gəliri 1 milyon rubl olub.
Mahmudov Azərbaycanda doğulub və hazırda Azərbaycan diasporuna rəhbərlik edir.
Taleh Mahmudovun adı 2003-cü ildə qətlə yetirilən Azərbaycanlıların diaspor birliyinin rəhbəri Mahir İlyasovun işində hallanırdı. “Kommersant” yazırdı ki, o, uzun müddət “Azəri” diasporuna rəhbərlik edib. Daha sonra “Azəri”yə rəhbərlik Mahmudovun əlinə keçdi, İlyasov isə “Azərbaycan” birliyini yaratdı.
Bu təşkilatlar arasında münasibətlər gərgin idi. “Novaya qazeta” cinayətin detallarını İtaliya mafiyası haqqında film ruhunda danışıb: muzdlu qatil guya İlyasovdan Mahmudovun qətli ilə bağlı sifariş qəbul edib, ancaq bununla bağlı vəd etdiyi 10 min dolları ödəmədiyi üçün özü qurbana çevrilib.
İndi Taleh Mahmudov ağır atletika federasiyasına və azərbaycan birliyinə rəhbərlik edir. 2010-cu ildə “Delovoy kvartal” Mahmudovu ilin adamı elan edib. Çünki böhran dövründə o, klinikasını 10 mərtəbəyə qədər genişləndirib.
ÇıxışYolu.Com yeniləndi!