Rusiyada azərbaycanlı mühakimə edildi, qonşular razılaşmadı

Rusiyada azərbaycanlı mühakimə edildi, qonşular razılaşmadı

Baxış sayı: 3. 746 dəfə baxılıb.

Rusiyada azərbaycanlı mühakimə edildi, qonşular razılaşmadı

Rusiyada iki nəfər yerli sakini ac saxlayan və işləməyə məcbur edən azərbaycanlı və onun həyat yoldaşı mühakimə edilib. 

ÇıxışYolu.Com Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Mariinskdə 2014-cü ilin payızında baş verib.

Qadın və kişi həmin rayonda təmir gedən evdə köməkçi işinə düzəliblər. 

Bir il yarımlıq iş ərzində tərəflər arasında heç bir narazılıq baş verməyib və 2015-ci ilin aprelində cütlük işdən ayrılmaq qərarına gəliblər. Onlar ev sahiblərinə Mariinskə köçmək və orada işləmək istədiklərini bildiriblər. Bunun qarşılığında ev sahibləri onların sənədlərini alıb və bildiriblər ki, bu gündən onlar pulsuz işləməlidirlər. 

İstintaqın məlumatına görə, qullar gündəlik bir tikə çörək üçün işləməli olublar, ev sahibləri həftə ərzində onlara bir neçə dəfə makaron veriblər. İsti paltara həsrət qalıblar. 

Onların qaçmaq cəhdləri hər dəfə qaranlıq otağa salınmaları ilə nəticələnib. Qadın bir illik əziyyətdən sonra qaçmağa nail olub.

Ələ keçirilən şəxsləri insan oğurluğunda, insan ləyaqətini təhqir etmə və qul əməyindən istifadədə ittiham ediblər. Ancaq cütlüyə yalnız sonuncu maddə ilə cəza kəsilib. Kişi 4 il 6 ay, qadın isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Rusiya Cinayət Məcəlləsindəki yeni dəyişikliklərə görə cütlük azadlığa buraxılıb. 

İş burasındadır ki, təcridxanada keçirilən bir gün ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirilən 1,5 günə bərabərdir. 

Eyni zamanda, yerli sakinlər əmindirlər ki, zərərçəkmişlər heç də zərərçəkmiş deyil, onlar nankordurlar. 

“Onlar zərərçəkmiş deyil, nankordurlar. Onlar bu ailədə işləyən tək şəxslər deyillər, ancaq onlardan başqa şikayət yazan olmayıb. Rahat yaşayırdılar, qidalanırdılar, ev sahibləri onlara içməyi qadağan etmişdi, bu da onları qəzəbləndirib”, – onlar deyib. 

www.ÇıxışYolu.Com