Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyada azərbaycanlı qətlə yetirildi

Baxış sayı: 2. 317 dəfə baxılıb.

Mayın 2-si, gecə saatlarında Rusiyanın Ryazan şəhərində taksi sürücüsü qətlə yetirilib. 

ÇıxışYolu.Com Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qətlə yetirilənin dostu məlumat verib. 

“Gecə saatlarında mənim dostum öldürüldü. Onun boğazını kəsdilər. O, taksi sürücüsü işləyirdi. Hadisənin səbəbi sifarişin ödənilməsi olub. 

O, azərbaycanlıdır. Dörd aylıq qızı vardı. Cinayətkarlardan birini gecə tutdular”, – mənbə məlumat verib.

İstintaq komitəsi baş verən hadisəni təsdiqləyib. 

www.ÇıxışYolu.Com