Rusiyanın Sankt-Peterburq şəhər xəstəxanasına qida borusunun kimyəvi yanığı ilə azərbaycanlı gətirilib.
ÇıxışYolu.Com Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla bağlı hüquq-mühafizə orqanları məlumat verib.
35 yaşlı azərbaycanlıya zəhərlənmə və qida borusunun yanığı diaqnozu qoyulub. Məlum olub ki, xəstəxanaya gətirilməzdən yarım saat əvvəl qadın 9 faizlik sirkə məhlulu içib.
Həkimlərin sözlərinə görə, qadın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar aparılır.
ÇıxışYolu.Com yeniləndi!