Rusiyada azərbaycanlı sərxoş sürücü cəzalandırıldı

Rusiyada azərbaycanlı sərxoş sürücü cəzalandırıldı

Baxış sayı: 2. 543 dəfə baxılıb.

Rusiyada azərbaycanlı sərxoş sürücü cəzalandırıldı

window._ttzi = 126;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiyanın Mariy El Respublikasının Voljsk şəhər məhkəməsi 52 yaşlı Azərbaycan vətəndaşına qarşı qaldırılmış cinayət işi üzrə hökm oxuyub. Müttəhim yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilinib.

Bu barədə Vpgazeta.ru məlumat verir.

Bundan əvvəl içkili vəziyyətdə avtomobilin idarə olunması ilə əlaqədar məhkumluğu olan müttəhim yanvarın 25-də yenidən sükan arxasında spirtli içkinin təsiri altında olub.

Onun idarə etdiyi avtomobil “Yoşkar-Ola-Zelenodolsk” avtomagistralının 92-ci kilometrliyində yol-polis müfəttişləri tərəfindən saxlanılıb.

Məhkəmənin çıxardığı qərara əsasən, o, altı ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını düşərgə-koloniyada çəkəcək. Bundan başqa, üç il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.