Rusiyada bərk buğda ixracına qadağa: Çörəyin qiyməti artacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya bərk buğda ixracına qadağa qoyur. Qərar gələn ilin may ayının sonuna
qədər qüvvədə olacaq.
Azərbaycan buğda ehtiyatlarının böyük hissəsini Rusiyadan təmin edir. Rusiya
Ukrayna müharibəsi başlayanda dünyada yaşanan taxıl böhranı çörəyin qiymətinin
bahalaşması ilə nəticələnmişdi. Üstəlik, taxıl qıtlığı təhlükəsi də yaranmışdı.
Onda söhbət əla növ buğdadan gedirdi. Bu dəfə ixraca qadağa qoyulan bərk
buğdadır. Daha çox makaron istehsalında istifadə edilir. Amma Azərbaycanda bərk
buğdadan çörək istehsalında da istifadə edənlər var.
Çörəyə bərk buğda qatmaq olarmı? Əsas sual: Rusiyanın qoyduğu qadağa çörəyin
qiymətinin qalxmasına səbəb olacaqmı?
Ətraflı İctimai TV-nin süjetində: