Rusiyada Baş prokurorun müavini Karapetyan qəzada öldü – VİDEO

Baxış sayı: 2. 743 dəfə baxılıb.

Rusiyada Baş prokurorun müavini Karapetyan qəzada öldü – VİDEO

Rusiyanın Kostromsk vilayətində “Xeliport Moskva” kompleksinə məxsus AS 350 B3 helikopteri qəzaya uğrayıb. 

ÇıxışYolu.Com Rusiya KİV-ə istinadla xəbər verir ki, helikopter Spasskoye kəndində eniş etməli idi.

Onun icazəsiz uçduğu bildirilib. 

Məlumatlara görə, hadisə zamanı göyərtədə 3-4 nəfər olub və qəzadan sağ çıxan olmayıb. Ölənlər arasında Rusiya baş prokurorunun müavini erməni əsilli Karapetyan Saak Albertoviç də olub. 

Ehtimal edilir ki, helikopter həddindən çox yüklənib. Uçuşun gecikməsinə səbəb isə sərnişinlərin meşədə ov zamanı itkin düşməsi olub. 

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.