dded9e3d-652a-45d4-88f2-bc76701c7c52..jpg

Rusiyada başqırd fəala görə aksiyalar davam edir – FOTO/VİDEO

Baxış sayı: 778 dəfə baxılıb.

Rusiyada başqırd fəala görə aksiyalar davam edir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqırdıstanda (Rusiya) dörd il müddətinə azadlıqdan məhrum edilən Fail
Alsınova dəstək məqsədilə paytaxt Ufada etiraz aksiyası keçirilib. Mərkəzi
meydanda iki minə yaxın insan toplaşıb.

Aksiya bir müddət sonra polislə qarşıdurmaya çevrilib, saxlanılanlar var.

Məlumata görə, tutulan aktivistlərin üzərində “kara xalık” (“qara camaat”)
yazılan geyimlər olub.

Xatırladaq ki, məhz bu sözlər Fail Alsınova qarşı “nifrət və ya düşmənçiliyi
qızışdırmaq” maddəsi ilə işin başlanmasına səbəb olub. İstintaq bu bəyanatı
Qafqaz və Mərkəzi Asiya sakinlərinə qarşı təhqir kimi qiymətləndirib.
Beləliklə, Kuştau dağının mühafizəsi hərəkatının fəalı Fail Alsınov dörd il
müddətinəazadlıqdan məhrum edilib .

Hökm oxunan gündən bəri ölkədə aksiyalar davam edir.

Mənbə: Currenttime.tv

Source link