7988f401-69cd-4084-86b5-a6c80174aab0..jpg

Rusiyada başqırd fəala görə iğtişaşlar: Saxlanılanlar var – VİDEO

Baxış sayı: 470 dəfə baxılıb.

Rusiyada başqırd fəala görə iğtişaşlar: Saxlanılanlar var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqırdıstanda (Rusiya) etirazçılarla xüsusi təyinatlı qüvvələr (OMON)
arasında toqquşma baş verib. Səbəb Kuştau dağının mühafizəsi hərəkatının fəalı
Fail Alsınovun “nifrət və ya düşmənçiliyi qızışdırmaq”da ittiham olunaraq 4 il
müddətinə azadlıqdan məhrum edilməsi olub.

Məlumata görə, aprel ayında Alsınov qızıl hasilatına qarşı mitinqdə çıxışı
zamanı “kara xalıq” (“qara xalq”) ifadəsini işlədib.

Alsınovun hökmü elan edildikdən dərhal sonra Başqırdıstanda kütləvi etirazlar
başlayıb. Məhkəmə binasının qarşısındakı meydanda Alsınovu dəstəkləmək üçün
toplaşan yüzlərlə aksiyaçı ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma
yaşanıb, saxlanılanlar var.

Mediada yayılan məlumatlara görə, regionda “WhatsApp” da bloklanıb.

Mənbə: Orda.kz


Source link