Rusiyanın paytaxtı Moskvada BBC-nin futbol şərhçisini qarət edən taksi sürücülərinin milliyyətcə erməni olduqları müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, bunlar Aramais Bədəlyan və Lendruş Sədrəkyandır.
Hər iki şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Taqansk rayon məhkəməsinin hökmü ilə onlar sentyabrın 7-dək azadlıqdan məhrum ediliblər.
Taksi sürücüləri dünya çempionatını işıqlandırmağa gələn Böyük Britaniya vətəndaşına avtomobilə əyləşdiyi vaxt kofe adı ilə bihuşedici dərman veriblər. Bundan sonra şərhçi huşunu itirib. O özünə gəldikdən sonra nağd pulları, mobil telefonu və bank kartlarının oğurlandığını görüb. Şübhəli şəxslər pulu bank kartları vasitəsilə çıxarıblar.
Faktla əlaqədar cinayət işi qaldırılıb. Taksi sürücüləri günahlarını boyunlarına alıblar.
Qeyd edək ki, buna oxşar hadisə ötən il də Rusiyada erməni taksi sürücüləri tərəfindən edilib. Vaaqn Karapetyan və onun atası eyni üsulla müştərilərini soyduqları üçün həbs olunublar.