Rusiyada Belarus kartofu qadağan edilə bilər

Rusiyada Belarus kartofu qadağan edilə bilər

Baxış sayı: 2. 340 dəfə baxılıb.

Rusiyanın baytarlıq və fitosanitar nəzarət üzrə federal xidməti (Rosselxoznadzor) Minski Belarus kartofunun ölkəyə idxalını qadağan etməklə hədələyib.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb bir müddət əvvəl ölkəyə Belarus kartofu adı altında Misir mənşəli kartofun gətirilməsidir.

Məlumat “Rosselxoznadzor”un rəsmi internet səhifəsində dərc olunub.

Sözü gedən insident martın 30-da Pskov vilayətində baş verib. “Rosselxoznador”un əməkdaşları Belarusdan idxal olunan 18 tonluq kartof partiyasını yoxlayıb.

Kartof partiyası Belarusun toxumçuluq, karantin və bitkilərin qorunması üzrə dövlət müfəttişliyinin müvafiq möhürlü sənədləri ilə müşayiət olunub. Habelə baxış zamanı bəzi bağlamalarda kartofun ilkin mənşəyinin Misirə aid olduğuna dair nişanlanma aşkarlanıb.

“Bununla əlaqədar, həmçinin təhlükəsiz məhsulların Rusiya ərazisinə daxil olmaması, qanunun tələblərini pozanlara qarşı aidiyyəti qurumlar tərəfindən müvafiq ölçülərin götürülməsi üçün, yük Belarusa geri göndəriləcək” deyə qurum bəyanatında deyilir.

Rusiya tərəfi xəbərdar edib ki, anoloji hal yenidən baş versə, Rusiya Belarusun kartof idxalına müvəqqəti məhdudiyyət tətbiq edə bilər.

.
www.ÇıxışYolu.Com