14214a28-20c7-4cea-aa7f-3edba150fc94..jpg

Rusiyada “çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi

Baxış sayı: 811 dəfə baxılıb.

Rusiyada “çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Taqanski Rayon Məhkəməsi “çılpaq gecə”nin təşkilatçısı olan bloqqer
Nastya İvleyevaya qarşı mənəvi təzminat tələbilə üçüncü iddianı qeydə alıb.

Bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalı məlumat
yayıb.

Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, iddia daha əvvəl oxşar
iddialarla çıxış etmiş vəkil Aleksandr Treşyov tərəfindən irəli sürülüb.
Xüsusilə, o, İvleyevadan öz xeyrinə bir rubl məbləğində təzminat, həmçinin
Ukrayna müharibəsinin iştirakçılarına dəstək verən Vətən Müdafiəçiləri Fonduna
bir milyard rubl məbləğində nağd pul köçürülməsini tələb edib.

Qeyd edək ki, İvleyevanın bədnam gecəsi dekabrın 20-də baş tutub. Geyim
qaydalarına görə qonaqlar tədbirə yarıçılpaq gəliblər. Qonaqlar arasında
Kseniya Sobçak, Anna Asti, Lolita Milyavskaya, Olqa Orlova, Filipp Kirkorov,
Ciqan, Oksana Samoylova, Dima Bilan kimi ulduzlar olub. Tədbir və onun
iştirakçıları tənqid edilib. İvleyevanın özü və bir sıra digər sənətçilər
gecədə iştirak etdiklərinə görə üzr istəyiblər.

Moskva məhkəmələri artıq “çılpaq gecə”yə görə İvleyevaya qarşı iki iddianı
rədd edib.

Mənbə: gazeta.ru

Source link