Rusiyada “Crocus” terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tver məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert
zalına hücumla bağlı təqsirləndirilən şəxslərin evində saxta qeydiyyatını
təşkil edən Aşurov soyadlı şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Bu barədə Tver şəhərinin Moskva Rayon Məhkəməsinin mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, sözügedən evdə terror aktında iştiraka görə həbs edilən İslamov
A.İ. və İslamov D.İ. qeydiyyata salınıblar.
Məhkəmə Aşurovu iki ay müddətinə, yəni 11 iyun 2024-cü il tarixə qədər həbs
edib. O, həm Tacikistan, həm də Rusiya vətəndaşıdır.
İstintaqın məlumatına görə, Aşurov 2017-ci ildən 2022-ci il avqustun 24-dək
Sidorkovo kəndində yerləşən evində 18 Rusiya vətəndaşını saxta yolla qeydiyyata
alıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Tver vilayəti üzrə istintaq
idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, müttəhimə qarşı rəsmi
ittiham irəli sürülüb.
Mənbə: TASS