8d11c533-9e42-4e50-a0d0-950efdadc08e..jpg

Rusiyada dəhşətli faciə: Üç uşaq diri-diri yandı – FOTO

Baxış sayı: 510 dəfə baxılıb.

Rusiyada dəhşətli faciə: Üç uşaq diri-diri yandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının tərkibində yerləşən Buryatiya Respublikasında kənd
sakini qadın üç körpə uşağını – 1 yaşlı qızını, 2 və 4 yaşlı oğullarını evdə
təkbaşına qoyaraq qonşunun evinə içki içməyə gedib.

Oyun oynadıqları zaman uşaqlardan biri ehtiyatsızlıqdan pərdəni yandırıb.
Yanğın çıxdığını görən və qorxan uşaqlar şkafın içində gizləniblər, lakin xilas
ola bilməyiblər.

Yanğını görən ana evə doğru qaçıb, lakin qonşular onu yanğından
uzaqlaşdırıblar. Qadın çarəsizcə yanğınsöndürənlərə içəridə uşaqların olduğunu
qışqırıb.

“Orada uşaqlar var! Orada mənim uşaqlarım var!”, – deyə o kömək istəyib.

Lakin ev tamamilə yanıb və uşaqları xilas etmək mümkün olmayıb. Təkcə ana və
dördüncü uşağı – faciə zamanı məktəbdə olan 10 yaşlı oğlu sağ qalıblar.

Bir çoxları baş verən hadisədə ananı günahlandırıb və onun səhlənkarlığa yol
verdiyini, analıq hüquqlarından məhrum edilməli olduğunu deyiblər.

Mənbə: “Lenta dnya” “Telegram”

Source link