Rusiyada dəhşətli yanğında ölən uşaqların sayı açıqlandı

Rusiyada dəhşətli yanğında ölən uşaqların sayı açıqlandı

Baxış sayı: 6. 996 dəfə baxılıb.

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı 41 uşaq ölüb.

ÇıxışYolu.Com-ın “İnterfaks”a istinadən xəbərinə görə, ümumilikdə yanğın zamanı 64 nəfər dünyasını dəyişib.

Ölənlərin siyahısı onların qohumları tərəfindən yaradılan qərargahda asılıb. Morqa baxış keçirən fəallar bildirib ki, ölənlərdən 41-i uşaqdır.

Qeyd edək ki, Kemerovo şəhərindəki dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.

www.ÇıxışYolu.Com