Sankt-Peterburqdan Kareliyaya səyahət etmiş 10 nəfərdən ibarət turist qrupu dəniz gəzintisi zamanı itkin düşüb.
TASS xəbər verir ki, iyulun 24-də “baydarka” tipli qayıqlarla dənizə çıxan qrup iyulun 29-da geri qayıtmalı imiş. Onların yaxınları isə dənizdəkilərlə əlaqənin itdiyini bildiriblər.
Dərhal axtarış tədbirlərinə start verən xilasedicilər güclü külək və yüksək dalğalar səbəbindən çətinliklə üzləşsələr də, nəhayət, üç gün sonra onların izinə düşüblər.
Aralarında 15 yaşlı iki yeniyetmənin də olduğu turistlər Ağ dənizdəki adalardan birində sağ-salamat tapılıblar.
Artıq bütün qrup vertolyot vasitəsilə xilas edilib.