be931745-43d6-48e1-a879-f4120d734b41..jpg

Rusiyada DƏHŞƏT: Avtomobilindən mühəndisin qulaqları və boğazı kəsilmiş meyiti tapıldı – FOTO

Baxış sayı: 369 dəfə baxılıb.

Rusiyada DƏHŞƏT: Avtomobilindən mühəndisin qulaqları və boğazı kəsilmiş meyiti
tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Rostov vilayətində avtomobilinin yük yerində qulaqları və boğazı
kəsilmiş mühəndis Andrey Likoldun meyiti tapılıb. O, işçisi Yuri Moskovoyla
birlikdə yoxa çıxmışdı.

Məlumata görə, onlar bir neçə gün öncə axşam saatlarında avtomobilləri ilə
Volqodonska tərəf gediblər. Bundan sonra onlardan xəbər çıxmayıb. Yaxınlarının
müraciətindən sonra polis axtarışlara başlayıb.

Beləliklə, Likoldun idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobil
Verxolomov fermasının yaxınlığındakı Sal çayından tapılıb. Baqajda onun təhqir
olunmuş meyiti olub.

Elə həmin çayda Yuri Moskovoyun VAZ-21200 markalı avtomobili tapılıb, ancaq
maşının içi boş olub.

Bu gün səhər isə qətl yerinin yaxınlığında ikinci cəsəd tapılıb. Kişi
boynundan və kürəyindən bıçaq xəsarətləri alıb.

Cinayətdə əvvəllər menecer işləyən və kriminal keçmişi olan yerli sakin 32
yaşlı Artyom Bukotin şübhəli bilinir. O, hazırda axtarışdadır.

Polis qətlin motivini araşdırır.

Mənbə: Life.ru

Source link