Rusiyada dünyada ilk dəfə uşağa sümük iliyi köçürülüb
Rusiya Uşaq Klinik Xəstəxanasının sümük iliyi transplantasiyası şöbəsinin
həkimləri nadir genetik xəstəlik – Klerikuzio sindromu olan bir uşağa
hematopoetik kök hüceyrə transplantasiyasını uğurla həyata keçirib.
Məlumata görə, bu cür transplantasiya dünyada ilk dəfə olub.
Qeyd edək ki, Bryansk vilayətindən olan altı yaşlı uşaq doğuşdan bəri daimi və
uzun sürən xəstəliklərdən əziyyət çəkirmiş. Müayinələrdən sonra ona Klerikuzio
sindromu diaqnozu qoyulub. Bu xəstəlik və ona səbəb olan genetik mutasiyalar
ilk dəfə ötən əsrin 90-cı illərində aşkarlanıb. O vaxtdan bəri dünyada bu
patologiyası olan yalnız bir neçə yüz xəstə məlumdur. Klerikuzio sindromu özünü
immunçatışmazlıq şəklində göstərir. Eyni zamanda, bədənin şişə qarşı müdafiəsi
də azalır, xəstədə leykoz və digər bədxassəli törəmələrin inkişaf riski
yüksəkdir.
“Uzun müddətdir ki, həkimlər oxşar immunçatışmazlığı olan xəstələrdə
transplantasiya təcrübəsinə və həmkarları ilə məsləhətləşmələrə əsaslanaraq
əməliyyatdan əvvəl kimyaterapiya kursunu diqqətlə seçiblər. Təyin olunmuş
müalicə sxemi öz effektivliyini göstərdi – uşağa tezliklə sümük iliyi
transplantasiyası əməliyyatı aparıldı. Laboratoriya göstəricilərinə görə,
həkimlər transplantasiyadan 35 gün sonra transplantın artıq tam uyğunlaşdığını
və tam aşındığını qeyd ediblər”, – deyə klinikadan bildirib.
Mənbə: İzvestiya