383b2e58-7281-4bf0-b193-7233ec4399a8.jpg

Rusiyada ermənilər ər-arvadın avtomobilinə atəş açıblar

Baxış sayı: 221 dəfə baxılıb.

Rusiyanın Vladivostok şəhərində ər-arvadın zərər çəkdiyi dəhşətli bir hadisə
baş verib. Milliyyətcə erməni olan üç kişi, qadın sürücünün onlara yol
verməməsi səbəbindən avtomobilə atəş açıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə siyasətçi və hüquq müdafiəçisi Maksim Çixunov
özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum üç erməninin olduğu avtomobilin faralarını
yandırıb-söndürməsindən sonra baş verib. Lakin sükan arxasındakı qadın
sürücünün yol vermək tələbini nəzərə almayıb. Buna cavab olaraq onlardan biri
ər-arvadın maşınının qarşısını kəsib və onlar avtomobildən çıxıblar.

Sərnişin oturacağında oturan qadının əri arvadını müdafiə edərək hücum
edənlərə müqavimət göstərib. Lakin üç kişi ər-arvadın avtomobilinə atəş açmağa
başlayıb.

Primorye Daxili İşlər İdarəsinin Mətbuat Xidməti atışma faktını təsdiqləyib və
şübhəlinin saxlanıldığını bildirib. Travmatik silahı qanuni əsaslarla saxlayan
28 yaşlı kişi əvvəllər məhkum olunmayıb.

Source link