Rusiyanın Pavlov rayonunun prokurorluğu soyğunçuluq məqsədilə evə basqın edən azərbaycanlının işini məhkəməyə göndərib.
ÇıxışYolu.Com Rusiya KİV-ə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı iki dostu ilə birlikdə bıçaq və elektroşokla 1961-ci il təvəllüdlü ev sahibi və onun həyat yoldaşına, eləcə də, beş və səkkiz yaşlarında olan nəvələrinə zor tətbiq edərək, pulunu alıb.
Ümumilikdə, onlar evdən 385 min rubl (9856 AZN – red.) pul götürüb və hadisə yerindən qaçıblar.
Hadisədə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanılıb. Onunla əlbir olan iki şəxsin axtarışı davam etdirilir.
Hadisəni törədən şəxsləri 7 ildən 12 ilədək həbs cəzası gözləyir.
ÇıxışYolu.Com yeniləndi!