8410345e-b75c-49f0-a3fe-5870ba7631dc..jpg

Rusiyada faciə: Ailə üzvləri yanaraq həlak oldular

Baxış sayı: 2. 834 dəfə baxılıb.

Rusiyada faciə: Ailə üzvləri yanaraq həlak oldular

Rusiyanın Xakasiya Respublikasının Askizski rayonunun Ust-Çul kəndində baş
verən yanğında biri uşaq olmaqla 4 nəfər həlak olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin məlumatında
deyilir. Yanğının gec müəyyən edilməsi onun güclənməsinə səbəb olub.

Gecə saatlarında baş verən yanğında 49 yaşlı qadın, onun həyat yoldaşı, 25
yaşlı qızı və 6 yaşlı nəvəsi həlak olublar.

Yanğının başvermə səbəbləri araşdırılır.

Mənbə: TASS

Source link