f03aedb5-9000-42cf-8b7d-ec2d24808798..jpg

Rusiyada filmə dəvət alan Naibə Allahverdiyeva: “Qonorar çox azdır, dilə gətirməyə adam utanır” – AÇIQLAMA

Baxış sayı: 600 dəfə baxılıb.

Rusiyada filmə dəvət alan Naibə Allahverdiyeva: “Qonorar çox azdır, dilə
gətirməyə adam utanır” – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada bədii filmə çəkilmək üçün dəvət alan
Xalq artistiNaibə Allahverdiyeva səhhəti ilə əlaqədar kastinqdə iştirak edə
bilməyib.

Bu barədə Cixisyolu.com-a sənətçinin özü məlumat verib.

Xalq artist bu məsələ ilə bağlı çox danışmaq istəmədiyini qeyd edib:

“Əslində əvvəlcədən danışmaq istəmirdim. Onlar məni kastinqə çağırmışdılar.
Bakıda kastinq olub. Yenidən orada da olacaq. Mən də səhhətimə görə gedə
bilmədim. Onlara vəziyyətimi bildirdim. Müalicələrimi edib, daha sonra
gedəcəyəm.

Mən bir dəfə də filmlərinə çəkilmişəm. İndi də dəvət ediblər. Təklif etdikləri
kiçik rol deyil. Önəmli roldur. Mənə deyiblər ki, “qaraçı qadın” rolunu
oynayacaqsan”.

N.Allahverdiyeva orada daimi qala bilməyəcəyini əlavə edib:

“Orada daimi qalmaq istəmərəm. Azərbaycansız bir dəqiqə yaşaya bilmərəm. Mənim
həyatım buradadır. Filmin heç qonorarın da danışmamışam. Öz aktyorlarına daha
çox qonorar verirlər. İlk dəfə filmə dəvət alanda bunun şahidi oldum.
Azərbaycana nisbətən qonorar yaxşıdır. Amma öz aktyorlarına verilən qonorardan
qat-qat aşağı verirlər. Hətta mənə demişdilər ki, sizdə qonorar onsuz da azdır,
biz 10 qatını artıq veririk”.

“İlk dəfə filmə çəkiləndə məni çox bəyənmişdilər. Mənə dedilər ki, sizin
gözləriniz bütün ekranı tutur, sanki danışır. Yəqin ki, ölkənizdə sizi filmlərə
çox çəkirlər. Ürəyimdə dedim ki, bəxtəvər başıma. Bizdə pul azdır. Təklif
gələndə insan utanır məbləği dilinə gətirməyə. İnşallah yaxşı olar”, – deyə
N.Allahverdiyeva fikrini tamamlayıb.

Xatırladaq ki, Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə
çəkilmək üçün dəvət alıb. O, bir dəfə də Rusiya istehsalı olan “Cənnətdən
kuryer” bədii filmində çəkilib.

Nəzrin Vahid

Source link