Rusiyada fırıldaqçı azərbaycanlı zabit saxlanıldı

Baxış sayı: 4. 372 dəfə baxılıb.

Rusiyada fırıldaqçı azərbaycanlı zabit saxlanıldı

Rusiyanın İrkutsk vilayətinin XİN Baş İdarəsinin “İnterpol” əməkdaşları dələduzluqda təqsirləndirilən və axtarışda olan 38 yaşlı Azərbaycan respublikasının vətəndaşını saxlayıblar.

ÇıxışYolu.Com irk.ru-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs Azərbaycan silahlı qüvvələrində xidmət edib və üç il əvvəl mayor rütbəsində olduğu zaman istefa verib. Təqaüddə olduğu zaman o keçmiş həmkarlarını aldatma sxemi hazırlayıb.

O, hərbi hospitalda pasiyentlərə pul müqabilində tibbi arayış düzəltmək təklifi edib və bu arayışla onların əlillik üzrə təqaüdə çıxaraq bütün ödənişləri ala biləcəyini söyləyib.

Bu “köməyinin” qarşılığında isə bir neçə min dollar ödəniş götürüb və pulları yığdıqdan sonra yoxa çıxıb.

Respublikanın hüquq-mühafizə orqanları dələduzluq faktı üzrə cinayət işi açıblar. Hazırda azərbaycanlı həbs altındadır və onun Bakıya ekstradisiya məsələsi müzakirə olunur.

www.ÇıxışYolu.Com