Rusiyada güclü daşqın: Evlər su altında qaldı, əhali təxliyə olunur – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində suayırıcı dambanın dağılması
nəticəsində daşqın yaranıb və ərazini su basıb.
Orskda su basmış elektrik şəbəkəsi obyektləri bağlanıb, bir sıra ərazilərə
elektrik enerjisinin verilməsi dayandırılıb. Ural çayının səviyyəsi səhər
saatlarında 9,27 metr təşkil edib ki, bu da təhlükəli səviyyədən 2 metr çoxdur.
Hazırda 2 556 yaşayış binasını su basıb, 4 208 nəfər təxliyə edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sakinlərin təxliyəsini
davam etdirirlər.
Qəza yerində 530-dan çox mütəxəssis, 125 texnika işləyir.
Həmçinin operativ xidmətlərdən verilən son məlumata görə, Orskda bəndin uçması
nəticəsində su altında qalan üç nəfərin cəsədi tapılıb.
“Üç nəfərin cəsədi tapılıb: ikisi küçədə, biri evdə. Evdə su altında qalan
şəxs axşam təxliyə edilməkdən imtina etmişdi”, – deyə məlumatda bildirilib.
Mənbə: “NEWS.ru” “Telegram”