Rusiyanın Altay diyarında güclü daşqınlar nəticəsində 55 kənd və qəsəbə su altında qalıb.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin regional mərkəzinin saytında məlumat yayılıb.
Məlumata görə mindən çox sakin təxliyyə olunub, 2500 məntəqə və 1150 evi su basıb.
Mütəxəssislərin proqnozlarına görə, bölgədə vəziyyət ən tezi 7-10 gün ərzində sabitləşəcək. Bəzi rayonlarda fövqəladə vəziyyət elan edilib.
Daşqın fəsadlarının aradan qaldırılması və xilasetmə-axtarış əməliyyatlarına 1500-ə yaxın xilasedici və 400 texnika cəlb olunub.