759356bb-ef41-4fbb-ae9f-d7baa5790883..jpg

Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı – FOTO/VİDEO

Baxış sayı: 543 dəfə baxılıb.

Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın bir neçə şəhərində güclü qar yağıb.

Bu barədə Rusiyanın “Rosseti Ural” elektrik şəbəkəsi şirkətinin mətbuat
xidmətindən məlumat verilib.

Məlumata görə, Sverdlovsk vilayətinə yağan qar səbəbindən regionun bir neçə
şəhəri işıqsız qalıb.

Revdinski, Deqtyarski, Sısertski, Nijneserqinski şəhər dairələrində, eləcə də
Yekaterinburqun qərbində yerləşən şəhərətrafı yaşayış məntəqələrində elektrik
enerjisinin verilməsi üçün bərpa işləri davam etdirilir.

Perm-Yekaterinburq magistralında çoxkilometrlik tıxac yaranıb. Yekaterinburqda
mayın 4-də baş tutmalı olan Qələbə paradının məşqi ləğv edilib.

Qar səbəbindən sərnişin qatarlarında da gecikmələr müşahidə olunur.

Mənbə: Meduza.io

Source link