774e084e-16c2-4fc2-a7d0-519b4660e221..jpg

Rusiyada hərbi akademiyada partlayış: Yeddi hərbçi yaralandı – VİDEO

Baxış sayı: 456 dəfə baxılıb.

Rusiyada hərbi akademiyada partlayış: Yeddi hərbçi yaralandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə
Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi
xəsarət alıb.

Bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərindən birinin təmizlənməsi
zamanı baş verib. Məlumata görə, İkinci Dünya müharibəsinə aid sursat partlayıb.

Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya
Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım
göstərilir.

Mənbə: TASS

Source link