Rusiyada həkimlər qadının gözündən səkkiz santimetrlik budaq parçası
çıxarıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Stavropol şəhərində neyrocərrahlar xəstənin kəllə sümüyündən səkkiz
santimetrlik budaq parçası çıxarıblar.
Bu barədə Rusiyanın Stavropol diyarı üzrə Səhiyyə Nazirliyi məlumat verib.
45 yaşlı qadın gözlərindəki problemlərdən şikayət etməyə başlayıb. Qadın
həkimlərə bağda huşunu itirdikdən sonra ağrıların başladığını bildirib.
Məlum olub ki, bir neçə həftə əvvəl onun sağ gözü tamamilə görmə qabiliyyətini
itirib. Göz qapağından irin gəldikdən sonra qadın mütəxəssislərə müraciət etmək
qərarına gəlib.
Həkimlər dərhal mürəkkəb əməliyyat keçiriblər. Kəllə sümüyünün göz yuvasından
keçərək görmə sinirini zədələyən budaq parçası çıxarılıb.
Hazırda zərərçəkmiş sağalma prosesindədir, lakin onun görmə qabiliyyətini
bərpa etmək mümkün olmayıb.
Mənbə: bloknot-stavropol.ru