cbdb6042-f69d-4aa7-bafe-6c6a0b3a42ba..jpg

Rusiyada helikopter sərt eniş edib: Ölən və yaralananlar var – VİDEO

Baxış sayı: 3. 142 dəfə baxılıb.

Rusiyada helikopter sərt eniş edib: Ölən və yaralananlar var – VİDEO

Başqırdıstanda helikopterin sərt enişi zamanı iki nəfər ölüb, bir nəfər
yaralanıb.

Bu barədə RF İstintaq Komitəsinin Mərkəzi Regionlararası Nəqliyyat İstintaq
İdarəsi məlumat yayıb.

“Bir nəfər yerindəcə ölüb, ikincisi isə təcili yardım maşınında xəstəxanaya
aparılarkən yolda dünyasını dəyişib. Daha bir nəfərin vəziyyəti isə normaldır,
o, xəstəxanaya yerləşdirilməkdən imtina edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə yanvarın 6-da baş verib.

Helikopter Ufadan Pavlovka kəndinə doğru hərəkət edirdi.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: RİA Novosti


Source link