Rusiyada “Instagram” bağlana bilər

Rusiyada “Instagram” bağlana bilər

Baxış sayı: 2. 668 dəfə baxılıb.

Rusiyanın İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin “Instagram” sosial şəbəkəsini bağlamağa çağırıb.

ÇıxışYolu.Com RBK-ya istinadən xəbər verir ki, komitə sədrinin sözlərinə görə, onun vasitəsi ilə Sankt-Peterburqda terror aktı törədilib.

Bastrıkin bu bəyanatla uşaq hüquqları müvəkkillərinin qurultayında çıxış edib.

“Türkiyədə “Yandex”, “Google”un əvəzinə uşaqlar üçün ayrıca informasiya sistemi var. Biz  isə “Instagram”ı bağlaya bilmirik. Ancaq “Instagramı” həqiqətən bağlamaq lazımdır, çünki ötən il Leninqradda terror aktı “Instagram” vasitəsi ilə törədilib”, -deyə Bastrıkin bildirib.

Bastrıkin bildirib ki, saytların bloklanması ilə bağlı uzun rəsmiyyət prosedurlarına son qoymaq lazımdır.  

2017-ci ilin iyun ayında Rusiyanın FTX-i  Sankt-Peterburq metro stansiyasındakı terror aktının “Telegram”ın köməkliyi ilə həyata keçirildiyini bildirmişdi. Bəyanata əsasən, terrorçu kamikadze terror aktının təşkili və hazırlığı ilə bağlı bütün mərhələlərdə öz məkrli planlarını gizlətmək üçün beynəlxalq kuratorlarla messencer vasitəsi ilə əlaqə qurub.

.
www.ÇıxışYolu.Com