Rusiyada itmiş “An-2” təyyarəsi tapılıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çukotkada (Rusiya) itmiş “An-2” təyyarəsi tapılıb. İki pilot və bir sərnişin,
ilkin məlumatlara görə, sağdır, lakin xəsarətlər alıblar.
Bu barədə Rusiyanın Çukotka Muxtar Dairəsinin qubernatoru Vladislav Kuznetsov
“Telegram” kanalında məlumat verib.
“İtmiş təyyarə tapılıb. İlkin məlumata görə, hər üç nəfər – pilotlar və
sərnişin sağdır, lakin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Tapılan
zaman təyyarədə iki nəfər (ikinci pilot və sərnişin) olub. Gəminin kapitanı
əlaqə yaratmaq üçün yer axtarışında piyada yola düşüb. Hazırda təyyarənin
kapitanı üçün axtarış qrupu yola düşüb”, – deyə o yazıb.
Kuznetsov əlavə edib ki, zərərçəkmişlər Şaxtyorski artelinə aparılırlar. Səhər
hava şəraiti imkan verərsə, onlar üçün tibbi reys göndəriləcək.
11:56
Çukotkada (Rusiya) göyərtəsində üç nəfərin olduğu Pevek-Polyarnıy reysini
yerinə yetirən “An-2” təyyarəsi yoxa çıxıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsindən
məlumat verilib.
“Moskva vaxtı ilə saat 05:30-da (Bakı vaxtı ilə 06:30 ) Maqadan Regional
Planlaşdırma Mərkəzinin növbətçisinə məlumat daxil olub ki, saat 01:40-da (Bakı
vaxtı ilə 02:40) “Strij Avia” aviaşirkətinə məxsus “An-2” təyyarəsi
Pevek-Polyarnıy-Pevek marşrutu üzrə uçub və eniş edəcək vaxtda əlaqə
saxlamayıb. Hazırda gəminin son koordinatları məlumdur. Təyyarədə iki ekipaj
üzvü və bir sərnişin olmaqla üç nəfər var”, – deyə departamentdən bildirilib.
Marşrutun yoxlanılması üçün Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş
idarəsinin qeyd etdiyi kimi, Moskva vaxtı ilə saat 05:30-da xilasedicilər
“Mi-8” helikopteri ilə havaya qalxıblar. Bir saat sonra xizəkli-tırtıllı
avtomobil itən təyyarəni axtarmaq üçün yola düşüb.
Bildirilir ki, təyyarənin son koordinatları məlumdur.
Mənbə: RİA Novosti