Rusiyada keçmiş market işçisi divarı deşərək külli miqdarda pul oğurladı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Krasnodar diyarının Soçi şəhərində hipermarketin keçmiş işçisi
divarda deşik açaraq 350 min rubl (6 min 620 AZN) oğurlayıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi
məlumat verib.
Pskov vilayətindən olan və əvvəllər məhkum olunmuş 33 yaşlı kişi qonşu məkanda
təmir işlərinin getdiyini görüb və ağlına belə plan gəlib.
O, üç gecə dalbadal tikinti sahəsinə gəlib və perforator vasitəsilə
hipermarketin divarında lazımi ölçüdə deşik açıb. Daha sonra bu deşikdən
keçərək mağazaya girib, xidməti otağın açarlarını tapıb, otağa daxil olub,
seyfi açıb və mağazanın gəlirləri olan pulları götürərək gedib.
Keçmiş işçi ümumilikdə hipermarketin gəlirlərindən 350 min rubl oğurlaya
bilib. Lakin cinayət-axtarış şöbəsinin əməkdaşları onun şəxsiyyətini müəyyən
edə bilib və o, saxlanılıb.
Ondan 240 min rubl müsadirə edilib, lakin kişi pulun qalanını xərcləyib.
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb.
Mənbə: Gazeta.ru