Rusiyanın Perm diyarının Beryozinki şəhərində “Azot” kimya zavodunda partlayış baş verib.
Bu barədə Ura.ru zavodun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər həyatını itirib.
“Fövqəladə hadisə anından bir saat yarım vaxt keçib. Hadisənin təfərrüatı araşdırılır”, – deyə mənbə bildirib.
İlkin ehtimala görə, qəzaya səbəb qalıqların saxlanıldığı çənin kəsici alətlə ehtiyatsız şəkildə açılması olub.
Bölgənin FHN xidməti üç nəfərin ölməsi faktını təsdiqləyib.