0c8fbc3d-d6e5-49c8-94c4-dd78eea3b9b7..jpg

Rusiyada kosmodroma kompüter avadanlıqları daşıyan qatar yolda qarət olunub

Baxış sayı: 461 dəfə baxılıb.

Rusiyada kosmodroma kompüter avadanlıqları daşıyan qatar yolda qarət olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada texniki vasitələrlə yüklənmiş qatar “Vostoçnı” kosmodromuna çatmamış
qarət olunub.

Bildirilir ki, sistem blokları, monitorlar və digər kompüter əşyaları olan
vaqon dekabrın 16-da Omskdan göndərilib. Yeni il ərəfəsində yük kosmodroma
çatsa da, bayram həftəsi ilə əlaqədar yanvarın ilk səkkiz günündə heç kim
onunla maraqlanmayıb: Bu müddət ərzində vaqondan yüklər boşaldılmayıb.

İşçilər nəhayət işə başlayanda isə avadanlığın faktiki miqdarının
gözləniləndən xeyli az olduğunu görüblər.

Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Hadisənin kosmodromun normal iş rejiminə təsir etmədiyi vurğulanıb.

Mənbə: “112” “Telegram” kanalı

Source link