a5b7d4c2-5479-43c8-95db-3a5ac3b35ceb..jpg

Rusiyada Kursk döyüşündə həlak olan azərbaycanlı döyüşçünün qalıqları 80 il sonra tapıldı – FOTO

Baxış sayı: 535 dəfə baxılıb.

Rusiyada Kursk döyüşündə həlak olan azərbaycanlı döyüşçünün qalıqları 80 il
sonra tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qızıl Ordu
əsgərlərinin qalıqlarını axtaran Rusiya bölmələrindən biri 1943-cü ildə ən
böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün
qalıqlarını tapıb.

Caliber.Az-dan bildirilir ki, onun kimliyi qalıqlar arasından tapılan “ölüm
medalyonu”nun vasitəsilə müəyyən olunub. Məlum olub ki, o, əslən Gəncədən
(Sovet dövründə Kirovabad) olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur.

Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən məlumata görə, 81-ci
qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Ə.Həsənov 1943-cü il iyulun
17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında
itkin düşüb.

Hazırda müəyyən olunub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak
olub və kütləvi məzarlıqda dəfn edilib.

Rusiya axtarış bölmələri Azərbaycan sakinlərindən 80 ildir taleyindən xəbərsiz
qalınan qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərməyi xahiş edir.

Source link