Rusiyada matəm elan olunub

Rusiyada matəm elan olunub

Baxış sayı: 3. 269 dəfə baxılıb.

Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib.

ÇıxışYolu.Com-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.  

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.

www.ÇıxışYolu.Com