Rusiyada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir
Sentyabrın 29-da Rusiyanın Tula şəhərində Müstəqil Dövlətlər Birliyinin
Müdafiə Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə quruma üzv səkkiz ölkənin uyğun qurumlarının, o
cümlədən Azərbaycan və Ermənistanın müdafiə nazirliklərinin rəhbərləri də
iştirak edirlər.