Rusiyada OMON azərbaycanlı avtoritetin yas məclisinə basqın etdi

Baxış sayı: 2. 394 dəfə baxılıb.

Rusiyada OMON azərbaycanlı avtoritetin yas məclisinə basqın etdi

Rusiyada xüsusi təyinatlı polis qüvvələri azərbaycanlı avtoritet Vaqif Gülməmməd oğlu Sultanovun yas məclisinə basqın edib.

AiF-Ural” xəbər verir ki, hadisə Yekaterinburq şəhərində baş verib.

Bildirilir ki, “oğru dünyası”nın nümayəndələri kafelərin birində 67 yaşında vəfat etmiş V. Sultanovun xatirəsini yad etmək üçün yığışıblar. Gözlənilmədən ora OMON əməkdaşları gəlib. Əməliyyat nəticəsində 30-dək kriminal avtoritet saxlanılıb.

Qeyd edilir ki, daha çox Vaqif Kamışlovski kimi tanınan V. Sultanov uzun müddət xəstəlikdən əziyyət çəkib. Bu üzdən də o, Ural regionunda kriminal aləm işlərindən uzaq olub. Xəstəlik üzündən Vaqif Kamışlovski heç kimi tanıya bilmirmiş. Onun Azərbaycanda dəfn edildiyi bildirilir.