Rusiyada seçkiqabağı proseslər qeyri-adi kulinar kampaniyanın başlanmasına təkan verib
ÇıxışYolu.Com “Euronews”-a istinadən xəbər verir ki, Krasnodarın fast-fud restoranlarından birində “Mədənlə səs ver” kampaniyası keçirilir.
Restoranın müştəriləri menyu ilə tanış olan zaman qeyri-adi seçim qarşısında qalır. Təamlar və içkilərə şərti olaraq prezident seçkilərindəki namizədlərin adları verilib: alma cemi ilə “Yavlinski” bürgeri, “Jırnıy Volf” kokteyli, “Putin” dana kotleti, acı souslu “Jirinovski” bekonu və s.
Ən çox hansı bürger yeyilsə, “seçkilərdə” həmin “namizəd” qalib gələcək.
“Nəticələr ayın 19-da, əsas seçkilərin ilkin nəticələrinin bəlli olmasından sonra elan olunacaq. Bizim nəticələrin, real seçkilərdəki nəticələrə uyğun olub-olmadığını dəqiq biləcəyik.” deyə burqer-barın baş aşpazı Aleksandr Nekrasov bildirib.