Rusiyanın Nijniy Novqorod şəhərində polisə hücum etmiş şəxsin saxlanılması ilə bağlı onun gizləndiyi mənzildə əməliyyat keçirilib. Cinayətkar müqavimət göstərdiyinə görə xüsusi təyinatlılar tərəfindən öldürülüb.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, əməliyyat zamanı üç hüquq mühafizə orqanı əməkdaşı yaralanıb.
Mayın 4-də Nijniy Novqorodda sənədlərinin yoxlanılması zamanı kimliyi açıqlanmayan şəxs hüquq mühafizə orqanları əməkdaşlarına silahlı hücum edib, daha sonra isə aradan çıxıb.
Cinayətkar Akademik Pavlov küçəsində yaşayış binasına daxil olaraq, mənzillərdən birində barrikada qurmuşdu.
“Vəziyyətin təhlükəli olmasını nəzərə alaraq Rusiya FTX-nin xüsusi təyinatlıları ünvanda giriş-çıxışları bağlayıb. Silahı yerə qoy əmrinə, cinayətkar avtomat silahdan atəş açmaqla cavab verib”, – deyə FTX-nın ictimai əlaqələr şöbəsindən bildiriblər.