Rusiyada prezident seçkiləri başladı.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, ilk seçki məntəqələri Rusiyanın uzaq şərq hissəsində yerli vaxtla 08.00-da açılıb.
Kamçatka vilayətinin sakinləri yerli vaxtla 20.00-a qədər səs verə biləcəklər.
Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artıqı xaricdədir.
Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.