Rusiya Mərkəzi Seçki Komitəsinin ölkədə üzrə keçirilən səsvermədə bülletenlərin 36 faizini artıq hesablayıb.
ÇıxışYolu.Com Gazeta.ru-ya istinadən xəbər verir ki, ölkənin hazırki prezidenti Vladimir Putin ilkin hesablamalara görə, 73,5 faiz səslə qalib gəlir.
Pavel Qrudin 14,3% səs toplayıb. İlk üçlüyü 6,5 % səslə Vladimir Jirinovski bağlayır.
Digər namizədlərdən Kseniya Sobçak seçicilərin 1,4% səsini, Qriqoriy Yavlinski – 0,8%, Sergey Baburin, Maksim Suraykin və Boris Titov isə hərəyə 0,6% səs toplayıblar.